Xəbər lenti

Məmməd İsmayılın vəziyyəti pisləşdi
Ölkə18:28 15.02.2024

Məmməd İsmayılın vəziyyəti pisləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə publisist Bahəddin Həzi məlumat yayıb.
Bildirib ki, şairin səhhətində problemlər yaranıb, ona kömək lazımdır:
"Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti, dəstəyi lazımdır.
Bəli, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxumuz var. Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdır, xəstə, yaşlı şairə kömək etməliyik”.