Xəbər lenti

Məmmədyarov və Nalbandyan razılığa gəldi - Bəyanat
Siyasət08:41 03.06.2016

Məmmədyarov və Nalbandyan razılığa gəldi - Bəyanat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”.

Azvision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mayın 31-də Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və iyunun 2-də isə Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşlərinin yekunu ilə bağlı yaydıqları bəyanatda bildirilir.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrini şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Bəyanatda bildirilib ki, həmsədrlər ATƏT-in fəaliyyətlə olan sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi və ATƏT araşdırma mexanizmlərinin qurulması ilə bağlı sənəd layihəsini baxılması üçün nazirlərə təqdim ediblər: “Nazirlər prezidentlərin hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa etmək istiqamətində iyun ayında danışıqların növbəti mərhələsinin keçirilməsinə razılıqlarını təsdiqləyiblər”.

Qaynarinfo.az