Xəbər lenti

“Məmurlara salam verməyə utanıram...” - Röya
Maqazin10:04 19.02.2016

“Məmurlara salam verməyə utanıram...” - Röya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bir işimi görən zaman vergisini ödəyirəm. Həmişə də ödənişimi edib çəkilmişəm. Bəlkə yeganə adamam ki, məmurlar arxadan qışqıraraq çağırırlar. Arxaya çönüb salamlaşıram”. Qaynar.info xəbər verir ki, bu sözləri “5-ci element” verilişində əməkdar artist Röya Ayxan deyib.
Sənətçi verilişdə məmurlara salam verməyə utandığını vurğulayıb: “Deyirəm ki, mən sizi gördüm, ancaq salam verməyə utandım. Deyirlər ki, biz sənə salam verdiyimiz üçün sevinirik. Bilirik ki, sən bizdən heç nə xahiş etməyəcəksən. Vallah, öz işimi özüm həll edirəm. Mənim yanımda olan insanlara da köməklik edirəm, istəmərəm ki, əyilsin. Ona problem dəyə bilməz. O zaman mən evdə yata bilmirəm. Mən belə bir insanam”.
Əməkdar artist keçmiş həyat yoldaşı Anar Cəlilovdan danışıb. Müğənni “Niyə bu nağıl tez bitdi” sualına belə cavab verib: “Bu yazıdır, həyatdır. Həyatımdakı ən gözəl addımdır. Bu nağıl mənim üçün bitməyib. Onun baş qəhrəmanı oğlumdur. Buna görə də heç vaxt bitə bilməz. Hüseyn çox ağıllıdır. Çox yaxşı ki, onu elə bir insandan dünyaya gətirmişəm”.
R.Ayxan A.Cəlilovla münasibətlərindən də bəhs edib:  “Biz danışmırıq. Amma qətiyyən dalaşmamışıq. Bizim evdə Hüseyn bir dəfə yüksək səs eşitmədi. İndiyə kimi də elə bilir ki, danışmırıq, barışacağıq. Uşaq nəyin baş verdiyini anlaya bilmir. Necə bir-birimizə hörmətlə sevgi var idi, o indi də qalıb. Düşünürəm ki, onda da bu hörmət qalıb. Ömür boyu da qalacaq. O çox gözəl insan idi. Mən çox gözəl ailədən uşağımı dünyaya gətirmişəm”.
Qaynar.info