Xəbər lenti

“Mən azərbaycanda çox az kişi görürəm” - Müğənni
Ölkə07:36 26.02.2014

“Mən azərbaycanda çox az kişi görürəm” - Müğənni

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Gələcək həyat yoldaşım az gülməlidir, güləndə də dişləri görünməməlidir”.

Bunu kishi.az saytına verdiyi müsahibədə gənc müğənni Sevinc Musayeva deyib. Sima düşkünü olmadığını bildirən Sevinc xanımın sözlərinə görə, onun ailə quracağı insan hər şeydən əvvəl sənətini qəbul etməlidir: “ Məni başa düşsün və məni olduğum kimi qəbul etsin. İndiki kişilər səni sənətdə görüb bəyənir, sonra elçi gəlir, ailə qurursan və səni sənətdən uzaqlaşdırmağa çalışır. Sonradan qoyulan qadağalarla razı deyiləm”.

“Mən azərbaycanda çox az kişi görürəm”


Sevinc xanım Azərbaycanda özünəməxsusluğu ilə seçilən kişilərin çox az olduğu fikrindədir: “Mənim qapıma min dənə elçi gəlir. Biri var idi, əsl kişi sifətli, boylu-buxunlu, yaraşıqlı oğlan idi. Amma falçıya tez-tez gedirdi. Buna görə də mən ona yox dedim. Hər işini fala görə planlaşdıran kişilər arvadlardan da betərdir. Qeybət edən, başqalarının dalınca danışan kişi mənə lazım deyil. Kişi ümumiyyətlə az danışmalıdı, səsi çıxanda adam qorxmalıdır. İndiki kişilər o qədər boş-boş danışır, gülürlər ki, onlardan heç kim qorxmur. Ümumiyyətlə, mən Azərbaycanda çox az kişi görürəm. Öz atama baxıb şükür edirəm”.
“Kişi hara, manikür, pedikür hara?!”

Özünə baxan kişilər haqqında münasibət bildirən Sevinc xanım deyir ki, kişinin geyimi, saçı, üzü həmişə qaydasında olmalıdır, amma… : “Kişi özünə baxır deyə dodaq boyası, pudra vurmamalıdır. O, manikür edirsə, onda nə kişi oldu ki? Bu kişi sabah ailə başçısı olacaq, ailə saxlayacaq. Kişi hara, manikür, pedikür hara?!”Ailə başçısı ailəsini saxlamaq üçün hər bir əziyyətə dözməli, evinə çörəkpulu qazanmalıdır. Əgər kişi manikür edirsə, sabah necə bənna işləyəcək? Sırğa, boyunbağı, üzük, qolbaq taxan kişiləri xoşlamıram. Səhnə adamları müəyyən yerlərdə bəzək əşyası taxa bilər. Bütün qızıl əşyaları, bijuteriyalar, kosmetika vasitələri xanımlara məxsusdur”.

Kishi.az