Xəbər lenti

“Mən səhnəyə məqsədli şəkildə gəlmişdim...” - Nadir Qafarzadə ilə müsahibə
Maqazin11:20 07.02.2022

“Mən səhnəyə məqsədli şəkildə gəlmişdim...” - Nadir Qafarzadə ilə müsahibə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Nadir Qafarzadənin Qaynarinfo-ya müsahibəsi: 
- Nadir bəy, açıqlamalarınızın birində oğlunuz Əzizin səhnəyə, sənətə gəldiyini, özü də Rusiya şou-biznesinə qatıldığını bildirmisiniz. Hətta bunun üçün öğlunuza ilk olaraq 40 min dollar da xərclədiyinizi demisiniz.
- Hə, ora Azərbaycan deyil, böyük Rusiyadır. Rusiyada şou-biznesə qatılmaq üçün böyük pullardan, reklamdan söhbət gedir. Oğlum hələ ki, ilk addımların atır. Dəqiq deyə bilmərəm ki, o, Rusiyada ulduz olacaq, ya yox? Onun gələcəyi ilə bağlı nəsə demək çox çətindir. Onu zaman deyəcək. 
- Siz özünüzün səhnəyə gələn vaxtlarını xatırlayın, bəlkə də o vaxt belə bir pilləyə çatacağınıza, nə vaxtsa böyük pullar qazanacağınıza inanmazdınız. Əziz də sizin oğlunuzdur...
- Mən Nadir Qafarzadə idim, özümə güvənirdim. Mənim məqsədim vardı, həddindən artıq güclü idim. Hiss edirsinizsə, mən bu gün də güclüyəm. Amma Əziz mənim oğlumdur. Başa düşürsünüz, biz onunla başqa-başqa adamlarıq, eyni zamanda başqa-başqa dövrün adamlarıyıq. Onun düşüncələri başqadır, mənim düşüncələrim isə bir başqa olub. Mən səhnəyə məqsədli şəkildə gəlmişdim, can atırdım, irəli getmək üçün əziyyət çəkirdim. İndiki uşaqlar əziyyət çəkmək istəmir. Hər şeyin hazırını istəyir. Birdən-birə ulduz, sənətkar olmaq istəyirlər. Belə olmur. Sənətkarlıq, ulduzluq damla-damla, pillə-pillə olur. Gərək əziyyət çəkəsən, əziyyətlə hansısa pilləni fəth edəsən. Düşünəsən ki, mən əziyyətlə bu yolda yürüyürəm. Demirəm ki, mən böyük zirvədəyən, amma istədiyim yerdəyəm. Ancaq bu yola elə-belə gəlməmişəm, məqsədim üçün mübarizə aparmışam. O mən idim, Nadir Qafarzadə... İndiklər isə deyir ki, bir mahnı oxudum, özünü ulduz hiss edir. Elə olmur. Görün mən neçə ildir səhnədəyəm və bu gün də aktualam, mənə tələbat var, dəvətlər alıram. Amma bu günkülər bir mahnı oxuyan kimi arxayınlaşır. Oğluma da deyirəm, bu sənət çox çətindir. Əgər sən bu sənətə, səhnəyə gəlirsənsə, gələcəkdə illərlə tamaşaçının yadında qalmaq istəyirsənsə və istəyirsən ki, səni tamaşaçılar daima axtarsınlar, arasınlar, böyük işlər görməlisən, səbrli olmalısan. 
- Siz özünüz oğlunuzun istetadına əminsinizmi? Düşünürsünüzmü ki, oğlunuz səhnədə irəli gedəcək? 
- İstedad o qədər də önəmli deyil. Guya indi oxuyanlar istedadlıdır ki? Amma hər halda oğlumun qanında var, istedadlıdır, oxuyur, perfomansı pis deyil, üstəlik xarici görünüşü də bəyənilir. Bu gün təkcə istedad önəmli yol oynamır. Bu günkülərin hamısının demirəm, bəzilərinin istedadı var ki? Yox, "Tik-tok”da, "İnstaqram”da oxuyur, orasını-burasını düzəltdi, oldu öz aləmində ulduz. Görün nə qədər "instaqram”dan müğənniciklər çıxıb? İndi onların biri ortada yoxdur. İki il gündəmi bəzədilər, itdilər. Demirəm, unudulublar, amma həmin adamlar deyillər, söndülər. "Ulduz” filmində deyildiyi kimi, "Qızım, sən belə tez alışıb-yansan, tez də sönərsən”. Hər şeyin vaxtı və zamanı var. Mənim yanımda kim vardı? Tək döyüşmüşəm. Nə bir spronsorum olum, nə də Nadir Qafarzadə kimi atam. Pulum da olmayıb. Hər halda bir balaca istedadım olub. Burada şans da önəmlidir. İnanıram ki, məni tapan şansım oğlumu da bulacaq. 
Bahar Rüstəmli