Xəbər lenti

Məntəqələr səsvermə üçün açıldı
Ölkə08:09 29.01.2025

Məntəqələr səsvermə üçün açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.
Qaynarinfo xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.
Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.