Xəbər lenti

Mərhum nazirin təsisçisi olduğu şirkət “Casamia”nı məhkəməyə verdi
Ekonomiks09:57 19.03.2022

Mərhum nazirin təsisçisi olduğu şirkət “Casamia”nı məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İtaldizayn” QSC "Casamia” MMC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. İşin mahiyyəti mülkiyyət hüquqi ilə əlaqədar mübahisələrdən ibarətdir.
"Casamia” MMC 17 avqust 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov Cavid Mosu oğludur. 
"Casamia” MMC-nin rəsmi veb-səhifəsində "Haqqımızda” bölümündən məlum olur ki, MMC yüzlərlə bredn şirkətin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkət hamam mebelləri, keramoqranit, santexnika, sauna, hamam aksesuarları, divar kağızları, çilçıraqlar, qab-qacaq, dekorativ aksesuarlar, tekstil, otaq arası və giriş qapıları və s. bu tip məhsulların satışını həyata keçirir.
MMC həmçinin mənzillərin, villalarin, ictimai yerlərin dizaynı və təmiri ilə də məşğuldur.
"İtaldizayn” QSC-ə gəlincə, şirkət 11 iyul 1997-ci ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 2100 AZN olan QSC-nin qanuni təmsilçisi Rzayev Mir Səid Ağa Kamal oğludur.
"İtaldizayn” QSC-nin Baş icraçı direktoru Elçin Zeynalovdur. O, Azərbaycan Milli Avarçəkmə Federasiyasının keçmiş prezidentidir.
Elçin Zeynalov mərhum nazir Azad Rəhimova yaxın şəxs hesab edilir. Azad Rəhimov həm də "İtaldizayn" QSC-nin iki təsisçisindən biri olub. O, 1998-2006-cı illərdə şirkətin baş icraçı direktoru vəzifəsində çalışıb. 
Seyid