
BŞİH Müsavatın qurultayla bağlı müraciətini cavablandırıb
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının 21 iyun 2014-cü il tarixdə nəzərdə tutulan qurultayına yer ayrılması üçün müraciətini cavablandırıb. BŞİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov Teleqraf.com-a açıqlamasında bildirib ki, Müsavat Partiyasının müraciətilə bağlı BŞİH-in cavabı bu gün uyğun ünvana göndərilib.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Teleqraf.com-a açıqlamasında bildirib ki, cavab məktubunu hələ almayıblar: "Müraciətmizə cavab verilməsi barədə məlumatımız var, amma məktubu almamışıq. Bir neçə saatdan sonra BŞİH-in cavabı ilə tanış olub, müvafiq qərar qəbul edəcəyik".
Qeyd edək ki, Müsavat Partiyası BŞİH-dən qurultay üçün 800-1000 nəfərlik zalın ayrılmasını xahiş edib. Bununla bağlı 2014-cü ilin fevral ayının 11-də BŞİH-ə 5-ci dəfə müraciət edilsə də, cavab ala bilməyib.
Qaynar.info