Xəbər lenti

Merkel tərəfləri "heç olmasa həlak olanların çıxarılması üçün" fasilə verməyə çağırdı
Siyasət10:22 04.10.2020

Merkel tərəfləri "heç olmasa həlak olanların çıxarılması üçün" fasilə verməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi dünya siyasətinin gündəmində qalır.

Qaynarinfo xəbər verir ki, bu haqda Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Ulrike Demmer məlumat verib. O, Almaniya Baş naziri Angela Merkelin davam edən qarşıdurmalardan narahatlığını dilə gətirib.

Merkel Nikol Paşinyanla telefon danışığında tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları bərpa etməyə çağırıb. Merkel ölənlərin cəsədlərinin döyüş bölgəsindən çıxarılması üçün ən azı bir fasilə barədə razılığa gəlmək lazım olduğunu əlavə edib. TASS xəbər verir ki, o, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidentləri Emmanuel Makron və ABŞ prezidenti Donald Trampın son bəyanatını dəstəklədiyini bildirib.

Bundan əvvəl məğlubiyyətin acısını dadan Paşinyan İrəvanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin - ABŞ, Rusiya və Fransanın Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmağa və "əlavə şərt irəli sürmədən" danışıqlara başlamağa çağırdıqları ortaq bəyanatını alqışladığını bildirib.

Alpər