Xəbər lenti

Mərkəzi Bank ın işçilərini bu şirkət sığorta edəcək
Ekonomiks 16:15 09.11.2025

Mərkəzi Bank ın işçilərini bu şirkət sığorta edəcək

Mərkəzi Bank "Paşa Sığorta” ilə tibbi sığorta müqaviləsi imzalayıb.

Valyuta.az xəbər verir ki, Mərkəzi Bank ilə "Paşa Sığorta” ASC arasında tibbi sığorta xidmətlərinin göstərilməsinə dair satınalma müqaviləsi imzalanıb.

Belə ki, "Paşa Sığorta” ASC sözügedən tenderin qalibi olub. Müqavilənin ümumi dəyəri 870 min 938 manat təşkil edir.

Tenderi udan "Paşa Sığorta” ASC-nin nizamnamə kapitalı 50 milyon manatdır. Şirkət 2006-cı ilin 24 aprel tarixində dövlət qeydiyyatına alınıb, hüquqi təmsilçisi Niyaz İsmayılov Rövşən oğludur.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında "Paşa Sığorta” ASC-nin sığorta yığımları artıb, ödənişləri isə azalıb. Şirkətin yığımları 25 milyon 700 min manat və ya 10,39% artaraq yüksəlib, həyata keçirdiyi ödənişlər isə 292 min manat və ya 0,28% azalıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->