Ekonomiks 15:29 26.02.2024

Mərkəzi Bank "Premium Bank"a icrası məcburi sərəncam verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premium Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

Qaynarinfo bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu addım xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvarın sonuna AMB-yə təqdim edilmiş hesabatda qurumun "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilmədiyinə görə "Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.