Xəbər lenti

Mərkəzi Bankın ehtiyatları artdı
Ekonomiks09:30 03.06.2015

Mərkəzi Bankın ehtiyatları artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artıb. Qaynar.info AMB-yə istinadla verdiyi məlumata görə, 29 may tarixinə olan rəsmi rəqəmlərə əsasən baş bankın valyuta ehtiyaları 8 mlrd. 430 milyon dollar təşkil edir.
Bu göstərici ötən ayla müqayisədə 42.9 milyon dollar artım deməkdir. Mütəxəssislər isə hesab edir ki, valyuta bazarında xarici valyutaya olan tələbatın azalması nəticəsində Mərkəzi Bankın intervensiya xərcləri azalır və bu, valyuta ehtiyatlarının artmasına imkan verib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında söyləyib ki, AMB qısamüddətli istiqarazlar yerləşdirməklə borclanmaya gedə və xarici valyutaların həcmini artıra bilər. Mütəxəssis istisna etdmir ki, valyuta bazarındakı tələblər nəzərə alınaraq baş bank manatla olan ehtiyyatlarının bir hissəsini xarici valyutalara dəyişir. Bu yolla AMB xarici valyuta ilə olan ehtiyyatlarını artırnağa nail olur. 
Qaynar.info