Xəbər lenti

Mərkəzi küçələrdə yenidən tıxac
Ölkə14:14 07.11.2014

Mərkəzi küçələrdə yenidən tıxac

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının mərkəzində tıxac yaranıb. 

Qaynar.info xəbər verir ki, ”Nəqliyyatı İntellektual idarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Koroğlu Rəhimov küçəsi ilə Gülayə Qədirbəyova küçəsinin kəsişməsində aparılan yol təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektində, Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində, Neftçilər prospekti Dəniz Vağzalının qarşısında tıxac yaranıb.

Digər küçələrdə isə yaranan tıxac iş gününün bitməsi ilə əlaqədardır. Tıxac əsasən  28 may, Rəşid Behbudov, Şeyx Şamil, Ağa Nemətulla küçələrində, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində, Mətbuat prospektində və Bakı-Sumqayıt şosesində müşahidə olunur.  

Xatırladaq ki, səhər saatlarında da qeyd olunan ərazilərində uzunmüddətli tıxac yaranıb.

Qaynar.info