"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti "ADY Container” MMC Mersin-Bakı konteyner qatarının işə düşdüyünü məlumat verib.
Qaynarinfo-nun məlumatına görə, həmin qatar ayda iki dəfə hərəkət edəcək.
Qeyd olunur ki, bu yolla yüklərin çatdırılması 200 saat, məsafə 2850 kilometr təşkil edəcək.