Avstraliya əsilli amerikalı aktrisa Melissa Corc 47 yaşında ana olub.
Qaynarinfo xəbər verir ki, aktrisa bu barədə şəxsi bloqunda məlumat verib.
Onun daha bir oğlu dünyaya gəlib: "Bu dünyaya xoş gəldin, balam. Sevgi sərhəd tanımır. Mən üç oğul anasıyam. Buna inana bilmirəm. Ürəyim o qədər doludur ki".
Sənətçi hamiləliyini mediadan gizlədib və yalnız martın 6-da bunu göstərən fotosunu yayımlayıb.
Melissa Corc oğlunun atasının kimliyini açıqlamayıb. Aktrisanın böyük övladlarının atası fransalı iş adamı Jan-Devid Blanla çətinliklə boşandıqdan sonra şəxsi həyatının təfərrüatlarını bölüşməyi dayandırıb.
2016-cı ilin sentyabrında aktrisa ailədaxili zorakılıq iddiaları ilə gündəmə gəlib. Ailə qalmaqalından sonra Melissa Corc baş və boyun xəsarətləri ilə təcili yardımla xəstəxanaya aparılıb. Jan-Devid Blan özünü Melissa Corcun münaqişəyə səbəb olduğunu bildirərək, özünə haqq qazandırıb. Məhkəmə hər ikisini məişət zorakılığında ittiham edərək, fərqli məbləğlərdə cərimə edib: Sahibkarın aktrisaya 1000 avro, Meslissa isə ona 1 avro ödəməli idi.
Aydın