Xəbər lenti

Məşhur aktyor ev pulunu verə bilmir - İanə toplayır
Maqazin 15:10 05.01.2026

Məşhur aktyor ev pulunu verə bilmir - İanə toplayır

Son vaxtlar görünüşü tam dəyişən məşhur aktyor Mikki Rurk borcunu ödəmək üçün vəsait toplamağa başlayıb.

Qaynarinfo xəbər verir ki, Los Ancelesdəki evin sahibi aktyora icarə haqqını ödəmədiyinə görə məhkəmə iddiası qaldırıb. 

"The Hollywood Reporter"in yazdığına görə, 73 yaşlı aktyor borcunu ödəmək üçün vəsait toplamağa kömək edən populyar platformaya müraciət edib - təxminən 60 000 dollar toplamağı planlaşdırır. Maraqlıdır ki, Rurkun pərəstişkarları artıq ianələr etməyə başlayıblar.

Mikki Rurkun dostu bildirib: "Mikki indi çox çətin dövr keçirir və bir çox insanın onun üçün narahat olduğunu və kömək etmək istədiyini görmək inanılmaz dərəcədə təsirlidir. Həyat həmişə düz xətt üzrə getmir və onun işləri nə qədər uğurlu olsa da, indi maliyyə çətinliyi ilə üzləşib və bu, onun yaşadığı evi təhlükə altına qoyub".

Qeyd edək ki, Rurk mart 2025-ci ildə ayda 5 200 dollara icarə müqaviləsi imzalayıb. Daha sonra bu məbləğ ayda 7 000 dollara yüksəldilib. Dekabrın 18-də isə ona evdən çıxarılma bildirişi gəlib, lakin o, heç bir şərti yerinə yetirməyib.

Aydın
--> -->