
“Frankenstein”, “Kont Drakula” və ən son Üzüklərin Əfəndisi” filmində Saruman obrazı ilə yaddaşlarda qalan aktyor Sir Christopher Lee 93 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, tənəffüs prosesində çətinlik çəkən aktyor ürəyində problem meydana gəlib, xəstəxanaya yerləşdirilib. O, Chelsea - Westminster Xəstəxanasında həyatını itirib.
Aktyorun bazar günü öldüyü, ancaq mətbuatdan ailəsinin istəyi ilə gizlədildiyi bildirilib.