Xəbər lenti

Məşhur aktyorun arvadı ona xəyanət etdi
Maqazin17:19 28.06.2016

Məşhur aktyorun arvadı ona xəyanət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elis Kim “Oskar” mükafatlı ərindən 6 ay əvvəl ayrılıb.
Hollivud ulduzu Nikolas Keyc həyat yoldaşı Elis Kim ilə boşanır. ANS PRESS-in məlumatına görə, məşhur aktyor 12 illik xanımı ilə xəyanət üstündə ayrılır. Cütlük boşanma qərarını mediadan gizlətməyə çalışır.
Məlumata görə, Elis Kim “Oskar” mükafatlı ərindən 6 ay əvvəl ayrılıb. 52 yaşlı N.Keyc 32 yaşlı Kimlə 2004-cü ildə onun ofisiant olaraq işlədiyi restoranda tanış olub. İki ay sonra nişanlanan cütlüyün hazırda 10 yaşlı oğulları var.
Nikolas Keyc artıq 3-cü dəfədir boşanır. O, əvvəl aktrisa Patrisyiya Arket ilə ailəli olub. Aktrisa əfsanəvi ifaçı Elvis Preslinin qızıdır. Əvvəl isə daha bir əfsanəvi müğənni Maykl Ceksonun xanımı olub. Həmin evlilikdən aktyorun iki qızı olub. Bunlar Elvisa presli və Liza Maridir. 
Qaynarinfo.az