Xəbər lenti

Məşhur amerikalı aktrisa vəfat etdi
Sənət12:09 06.09.2019

Məşhur amerikalı aktrisa vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikalı aktrisa və model Karol Linli 77 yaşında vəfat edib.
Qaynarinfo NY Times-a istinadən xəbər verir ki, K.Linli Los Ancelesdə yerləşən evində ürək tutmasından həyatını itirib. 
Qeyd edək ki, Karol Linli karyerasına 1958-ci ildə başlayıb. O, 1959-cu ildə "Blue Denim" filmində iştirakı ilə xüsusi məşhurluq qazanıb və "Qızıl Qlobus" mükafatına layiq görülüb. 
Aktrisanın iştirak etdiyi digər məşhur filmlər sıranda "Return to Peyton Place" (1961), "Under the Yum Yum Tree" (1963), "The Cardinal" (1963), "Bunny Lake is Missing" (1965) və "Harlow" (1965) və s. var. Karol Linli "The Poseidon Adventure" filmində "The Morning After" mahnısını ifa edib. Həmin mahnı Oskar mükafatına layiq görülüb. 
Gülşən