Xəbər lenti

Məşhur ASC 89 min borca görə məhkəməyə verildi
Ekonomiks12:15 25.07.2022

Məşhur ASC 89 min borca görə məhkəməyə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi "Quba Nəqliyyat” ASC-ni məhkəməyə verib. 
Qaynarinfo xəbər verir ki, iddia Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həlimə Alıyevanın icraatındadır. Artıq iş üzrə hazırlıq iclasının vaxtı bəlli olub - 8 avqust.
İşin mahiyyəti vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılmasıdır. 
Araşdırmalarımız zamanı bəlli olub ki, "Quba Nəqliyyat” ASC-nin hazırda 88 761.87 AZN vergi borcu var. 
"Quba Nəqliyyat” ASC 1998-ci ildən fəaliyyət göstərir. ASC-nin nizamnaə kapitalı barədə açıq mənbələrdə məlumat yoxdur. Şirkətin qanuni təmsilçisi Əliyev Arif Məmməd oğludur. 
Arif Əliyev barəsində mediada tənqidi materiallara rast gəlinir. Həmin materiallarda səhmdarlar onu "Quba Nəqliyyat” ASC-nin əmlakını talamaqda ittiham edir.
Seyid