Xəbər lenti

Məşhur dicey Bakıda çıxış edəcək
Maqazin13:55 28.09.2016

Məşhur dicey Bakıda çıxış edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu il oktyabr ayının 1-də Bakının Milli Dənizkənarı Parkında (bulvarda) təşkil olunacaq Avropa mədəniyyəti festivalının - "Avropa Şəhərciyi 2016"nın proqramı açıqlanıb.

Qaynarinfo.Az report-a istinadən bildirir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-yə üzv ölkələrin səfirlikləri ilə birlikdə və Milli Dənizkənarı Parkın administrasiyasının tərəfdaşlığı ilə təşkil olunub.

Qonaqlara fokusçuların çıxışı, rəqs nömrələri, italiyalı aşpazların bacarıqları təqdim olunacaq.
Eyni zamanda, Aİ-yə üzv ölkələrin bayraqlarının düzgün tapılması üzrə müsabiqələr keçiriləcək, Aİ ölkələrindən olan müxtəlif ifaçıların çıxışları səslənəcək.

Tədbir məşhur dicey David Vendettanın konserti ilə başa çatacaq.
Festivalın keçirilməsinin əsas məqsədi Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaradılmasıdır. 2013-cü ildən etibarən Bakıda hər il bu cür tədbir keçirilir.

Qaynarinfo.Az