
Məşhur jurnalist - bloqqer Montse Bauqan Azərbaycana səfərini davam etdirir.
Qaynarinfo.az xəbər verir ki, o bu dəfə Mingəçevir şəhərində olub. Xanım Bauqan Mingəçevir səfəri barədə öz bloqunda bunları qeyd edib:
"Bizə işdən və eyni həyatdan bir az fasilə götürmək və əyləncəli anlar keçirmək lazım idi. Ona görə də qərara gəldik ki, həftəsonunu çox sevimli şəhər olan Mingəçevirdə keçirək. Burda Cənubi Qafqazda ən böyük və ən uzun çay olan Kür var. Həmçinin, şimal-qərbi Azərbaycandakı iri su anbarı Qafqazda ən böyüyüdür.
Biz "Ağsaray Deluks Hotel"də qaldıq, yedik, içdik, hovuzda çimdik və spada istirahət etdik. Gəzdik, qayıq turu etdik və Mingəçevir su anbarına baş çəkdik. Bakıya isə tam dolu enerji ilə qayıtdıq".
Qeyd edək ki, Montse Bauqan Azərbaycana ötən ay "Bulvar Hotel"də keçirilmiş Moda Həftəsinə görə gəlib. O, Azərbaycanda olduğu müddətdə Naxçıvanda, Lerik və Lənkəranda da olub.
Qaynarinfo.az