İdman 18:05 16.03.2023

Məşhur futbolçu "Qarabağ"a təklif olunub? (AÇIQLAMA)

"Qarabağ"ın bu qış aparılan danışıqlar fonunda yekunda sıralarına cəlb etmədiyi futbolçunun - "Bayer Levrkuzen"in rus qapıçısı Andrey Lunyovun agenti Anton Smirnovun son açıqlamasının ardından sözügedən qolkiperin Ağdam təmsilçisinə təklif edildiyi barədə xəbərlər yayıldı.

Məsələni dəqiqləşdirmək üçün "Qarabağ"ın direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. Klub rəsmisinin Fanat.Az-a açıqlaması belə oldu:

"Onunla qışda maraqlandığımız bəllidir. Ancaq Lunyovun "Qarabağ"a təklif edilməsinə gəlincə, bizə təklif olunmayıb. Hər hansı rəsmi təkli yoxdur".

Qeyd edək ki, Smirnov müştərisinin mövsümün sonunda Ağdam təmsilçisinə qoşulmaq variantının qüvvədə qaldığını deyib.