Xəbər lenti

Məşhur inşaat şirkətinin dövlətə 600 mindən çox borcu var (FOTO)
Ekonomiks 17:45 27.07.2022

Məşhur inşaat şirkətinin dövlətə 600 mindən çox borcu var (FOTO)

Məşhur "Kontinent İnşaat” şirkətinin dövlətə yarım milyon manatdan çox vergi borcu üzə çıxıb. 

Qaynarinfo-nun məlumatına görə, "Kontinent İnşaat” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 630 min 559 manat 29 qəpik borcu var. 

Hazırda şirkətin qanuni təmsilçisi Mahmudov Araz Ucal oğludur. Direktorlar Şurasının sədri isə Əli Hüseynovdur. 

Qeyd edək ki, şirkətə 2017-ci ildə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də rəhbərlik edib.

Əhməd


Əli Hüseynov


Elxan Allahverdiyev

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->