Xəbər lenti

Məşhur İtaliya klubundan "Qarabağ"a transfer
İdman10:47 19.07.2017

Məşhur İtaliya klubundan "Qarabağ"a transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ" İtaliyanın "Palermo" klubunun futbolçusu Karluş Apna Embaloya təklif göndərib. Qaynarinfo.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, 23 yaşlı sol cinah futbolçusu "Qarabağ"dan cəlbedici təklif alıb. Qvineya-Bisaudan olan hücumameylli futbolçu ilə "Qarabağ"la yanaşı, İtaliyanın "Peskara" klubu da maraqlanır.

Qeyd edək ki, Karluş Apna Embalo 2014-cü ildə "Breşiya"dan "Palermo"ya transfer olunub. O, 2014-2016-cı illərdə "Karpi", "Leççe" və "Breşiya"ya icarəyə verilib. "Palermo" ötən mövsüm A Seriyasında 19-cu yeri tutaraq B Seriyasına yuvarlanıb.

Qaynarinfo.Az