Xəbər lenti

İdman 15:03 12.01.2024

Məşhur keçmiş niderlandlı futbolçuya birillik qadağa qoyuldu

FİFA məşhur niderlandlı keçmiş futbolçu Mark Overmarsa qadağa qoyub. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb Overmarsın "Ayaks"ın əməkdaşlarının razılığı olmadan onlara seksual xarakterli foto və videolar göndərməsi, əxlaqsız hərəkətlərə yol verməsidir. FİFA-nın qərarına görə o, ən azı bir il ərzində dünyanın heç yerində hansısa peşəkar komanndasında menecer və ya baş məşqçim kimi fəaliyyət göstərə bilməyəcək.

2022-ci ildə "Ayaks"dakı işindən istefa verən Overmars orada çalışan bir neçə qadına intim mesajlar və fotolar göndərdiyini etiraf edib. Müstəqil idman məhkəməsi ona iki il müddətinə Niderland futbolunda hər hansı bir vəzifə tutmağı qadağan etmişdi. FİFA isə cəzanı bir ilə endirmişdi. Ancaq Niderland Futbol Federasiyası (KNVB) FİFA-ya müraciət edərək nümunəvi olması üçün sanksiyanın uzadılmasını istəmişdi. 

Overmars "Ayaks"dan ayrıldıqdan qısa müddət sonra qoşulduğu Belçika təmsilçisi "Antverpen"in texniki direktoru olub. FİFA tərəfindən verilən sanksiyadan sonra növbəti xəbərdarlığa qədər o artıq bu vəzifəni tuta bilməyəcək. "Ayaks”, "Arsenal” və "Barselona”nın keçmiş futbolçusu cəzası barədə məlumatlandırılsa da, Niderland mətbuatına bu haqda şərh vermək istəməyib . Overmarsın hələ də FİFA-nın sanksiyasına etiraz etmək hüququ var.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->