Xəbər lenti

Məşhur müğənni boşanır
Maqazin17:12 18.05.2016

Məşhur müğənni boşanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cütlüyün barmağında üzüyün olmaması yayılan söz-söhbəti daha da gücləndirib.
Türkiyənin məşhur müğənnisi Rafet El Romanın həyat yoldaşı Ceren Kaplakarslandan boşandığı iddia olunur. ANS PRESS-in məlumatına görə, məşhur aktrisa Oya Aydoğanın dəfn mərasiminə ayrı-ayrı qatılan cütlüyün barmağında üzüyün olmaması yayılan söz-söhbəti  daha da gücləndirib.  
İfaçının həyat yoldaşı dəfn mərasiminə atası ilə gəlib. Ceren Kaplakarslan mərasimdə fotoqrafları görərək əllərini gizlətməyə çalışıb. Lakin jurnalistlərdən biri aktrisanın barmağında üzük olmadığını görüb. Bir müddət əvvəl Rafet El Roman açıqlaması ilə hamını təəccübləndirib. O, “bütün evliliklər darıxdırıcıdır, xöşbəxt deyiləm” deyib. İfaçının bu sözlərindən sonra ikilinin arasında münasibətlərin soyuması xəbərləri və hətta ayrı evdə yaşadıqları deyilib. 
Ceren
Cütlük 2 il əvvəl ailə qurub.Onların 1 oğlu və 2 qızı var. Rafet El Roman həyat yoldaşından 20 yaş böyükdür. İfaçı 3 dəfə evil olub. 1996-cı ildə model Tuğba Altıntop ilə evlənib. Müğənni 7 ildən sonra xanımından ayrılıb. Həmin evlilikdən 2 qızı var. Daha sonra ifaçı  Yeşim Eryıldırım ilə eşq yaşayıb. Bu münasibətdən cütlüyün 1 oğlu olub.  
Qaynarinfo.az