
Məşhur türk müğənni Emre Altuğ İzmirdə otel-restoran açıb.
Qaynarinfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 46 yaşlı müğənni, “Qalatasaray” klubunun keçmiş vitse-prezidenti Turqay Kıranın dəvətini dəyərləndirərək İzmirin Alaçatı bölgəsində 200 illik bir evi otel-restoran olaraq işlətməyə başlayıb.
E.Altuğun şərikləri arasında T.Kırandan başqa, Dəniz Anapa və Fərzan Kırhan da var.
Məlumata görə, otel-restoran qısa zaman ərzində Alaçatıda məşhurlaşıb və böyük turist axını olub.
Qaynarinfo.Az