Xəbər lenti

Məşhur müğənninin qalmaqallı vəziyyəti: "Sizdən çox yaşayıb..."
Maqazin11:50 20.07.2017

Məşhur müğənninin qalmaqallı vəziyyəti: "Sizdən çox yaşayıb..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış türk müğənnisi Harun Kolçakın dünən gecə dünyasını dəyişib. Onun vəfatından sonra sosial mediada "Harun Kolçakın Vəsiyyəti" adlı mətin sürətlə yayılmağa başlayıb.

"Qaynarinfo" xəbər verir ki, müğənninin atası aktyor Əşrəf Koçak "Beyaz Magazin" adlı proqrama açıqlamasında "Harunun vəsiyyəti yoxdur" deyib. Ata Kolçak "vəziyyət"də qeyd olunan "Orqan bağışlanması" cümləsinə cavabında isə "Xərçəng xəstəliyindən vəfat edənlər, orqanlarını bağışlaya bilməzlər" bildirib.

Müğənni İşın Karaca da həmin proqarama açıqlamasında Harun Koçakın vəsiyyətnaməsinin olmadığını qeyd edib və onun tək istəyinin Gemilikdə - anasının qəbrinin yanında basdırılmaq olduğunu vurğulayıb.

"Harun Kolçakın Vəsiyyəti" adlı mətinin kim tərəfindən yazıldığı məlum deyil. Həmin vəsiyyəti sizə təqdim edirik: 

"Bütün orqanlarımı bağışladığım üçün ölümü sizə paketdə verəcəklər. Ona görə heç nəyi qarışdırmayın. Meyitimin elə o paketdə yerə basdırıb, üstündə ağac əkilməyini istəyirəm. Məzar daşı-filan istəmirəm. Nə məni basdıranda, nə də ondan sonra 3, 7, 40 kimi məsclislər keçirib, "Ay bunu çox bəyənirdi, ay bundan daha çox yeyirdi" bəhanəsi ilə qarnınızı boş yerə doldurmayın. Siz ətli pide yeyəsiniz deyə, ölmədim mən. Mənim canıma görə yediyiniz hər loxma boğazınızda qalar, xəbəriniz olsun. 

Mənim yaxşılığım üçün arxamdan molla tutub dua-falan da oxutmayın. Sağlığımda etmədiyiniz yaxşılığı, öləndən sonra etməsəniz daha yaxşıdır. 

Kiməsə yemək vermək istəyirsinizsə, o zaman küçə heyvanlarına verin. Mənim malım qiymətlidir, ona görə də heç bir əşyamı yaxın adamlara verməyin. Geyimlərimi ehtiyacı olanlara və sosial xidmət göstərən yerlərə verin. Qalan əşyalarımı ya atın, ya da yandırın. Məndən sonra heç nə qalmasın. 

Məni tanıyanlar yaxşı bilir ki, açıq sözlüyəm. Ona görə sizdən qabaq ölmək istəyirəm. Sizdən çox yaşayıb ölünüzlə məşğul ola bilmərəm. 

Arxamca istədiyiniz qədər danışa bilərsiniz. Sizi ciddiyəmi alacam? Yaxşı ki, ölmüşəm. 

Və... bəli. Heyvanları insanlardan daha çox sevirəm. Bu da sizə qapaq olsun.

Xaiş edirəm diqqətə alın".

Qaynarinfo.Az