Xəbər lenti

Məşhur müğənni Rusiyaya xidmətdə ittiham olunur
Maqazin 21:48 15.02.2024

Məşhur müğənni Rusiyaya xidmətdə ittiham olunur

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ukraynalı müğənni və Ali Radanın keçmiş deputatı Taisiya Povaliyə qarşı qiyabi ittiham irəli sürüb. 

Qaynarinfo xəbər verir ki, müğənni hərbi əməliyyatlara açıq çağırışlarda, hərbi əməliyyat iştirakçılarını tərifləməkdə, Ukraynaya qarşı təcavüzə haqq qazandırmaqda və əməkdaşlıq fəaliyyətlərində ittiham olunub.

"Şüurlu anti-Ukrayna ideoloji motivləri olan müğənni Rusiya prezidentini fəal şəkildə dəstəkləyir. Xüsusilə, o, müxtəlif siyasi aksiyalarda iştirak edir", deyə SBU öz "Telegram" kanalında bildirib.

Nəşr qeyd edir ki, Taisiya Povaliy 2014-cü ildə Rusiyaya köçüb və 2023-cü ildə vətəndaşlıq alıb. Xidmət yazır ki, 2023-cü ilin avqustunda Ufada keçirilən "Qəhrəmanların vaxtı" vətənpərvərlik mahnıları festivalında Taisiya Povaliy "Ukrayna ərazisində çevrilişlər zamanı çatışmayan" rus vətənpərvərlik və mənəviyyatından danışıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->