Xəbər lenti

Məşhur müğənni sərxoş halda skuterdən yıxılıdı, sürücülük vəsiqəsi əlindən alındı
Maqazin 23:11 07.08.2024

Məşhur müğənni sərxoş halda skuterdən yıxılıdı, sürücülük vəsiqəsi əlindən alındı

Cənubi Koreyanın məşhur K-pop qrupunun BTS üzvü Suqa (əsl adı Min Yoongi) sərxoş halda elektrik skuter idarə edərkən yaxalandıqdan sonra sürücülük vəsiqəsini itirib. 

Qaynarinfo xəbər verir ki, Bbu barədə "Rolling Stone" məlumat yayıb.

KİV-in məlumatına görə, gecə saatlarında sərxoş olan sənətçi elektrik skuterinə minib, təxminən 500 metr yol qət edib, sonra isə park edərkən yıxılıb. Bu, mMusiqiçidən alkoqol qoxusunu alan bir polis əməkdaşı tərəfindən diqqət çəkib. Nəticədə alkotester müsbət nəticə göstərib. 

Cəza olaraq o, sürücülük vəsiqəsindən məhrum edilib və cərimələnib. Daha sonra Suqa və onun agentliyi HYBE pərəstişkarlarından üzr istəyib. Musiqiçinin sözlərinə görə, sərxoş halda elektrik skuteri sürməyin qanunla qadağan olunduğunu bilmirmiş. Sənətçi qeyd edib ki, onun əməli nəticəsində xəsarət alan olmayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->