Xəbər lenti

Məşhur Niaqara Şəlaləsi Azərbaycan bayrağının rənglərində (FOTO/VİDEO)
Siyasət05:45 09.11.2022

Məşhur Niaqara Şəlaləsi Azərbaycan bayrağının rənglərində (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın 9-da, Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Kanada Azərbaycanlıları Şəbəkəsinin (NAC - Network of Azerbaijani Canadians) təşəbbüsü ilə Niaqara Şəlaləsinin üzərinə Azərbaycan bayrağının rəngləri proyeksiya edilmişdir. 
Bayraq rənglərinin proyeksiyası Kanadada yaşayan bir qrup azərbaycanlının iştirak etdiyi tədbirlə müşayiət edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni oxunmuş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını itirmiş şəhidlərin ruhu yad edilmişdir.  
NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılmış və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.