Xəbər lenti

Məşhur "Evdə tək" filminin aktyoru dünyasını dəyişdi
Sənət17:04 22.07.2017

Məşhur "Evdə tək" filminin aktyoru dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Evdə tək" filmi ilə məşhurlaşan amerikalı aktyor Con Hörd dünyasını dəyişib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir, 71 yaşlı aktyor Kaliforniyada yerləşən hoteldə ölü tapılıb. Hördün ölüm səbəbi bilinmir.

1990-cı illərdə "Evdə tək" filmində oynadığı ata Peter Makkollister obrazı ilə məşhurlaşan aktyor kariyerasına 1970-ci illərdə başlamışdı. Məşhur "Gladiator" filmi də daxil olmaqla bir çox layihələrdə yer alan Con Hörd son olaraq ekrana "The Sopranos" televiziya serialı ilə gəlmiş və buradakı çıxışına görə Emmi mükafatına layiq görülmüşdü.

Gülşən

Qaynarinfo.Az