Xəbər lenti

Məşhur reper növbəti dəfə zorlamada ittiham olunur
Dünya 19:55 24.05.2024

Məşhur reper növbəti dəfə zorlamada ittiham olunur

Daha bir qadın reper Diddini ("P Diddy" - əsl adı Sean Kombs) zorakılıqda, o cümlədən cinsi zorakılıqda ittiham edib. 

Qaynarinfo xəbər verir ki, bu iddia ilə 51 yaşlı April Lampros çıxış edib. Onun iddiasını "The Sun" yayıb.

Lampros Nyu York Ali Məhkəməsində iddia qaldıraraq bildirib ki, Kombs 1994-cü ildə Moda Texnologiya İnstitutunda oxuyarkən ona moda sahəsində yüksəlməsinə kömək edəcəyinə söz verib. Lamprosun dediyinə görə, bir görüşdə Kombs onu sərxoş edib və taksiyə mindirərək otelə aparıb, burada dayanmaq xahişinə baxmayaraq, onu zorlayıb. Bu zaman qadın huşunu itirdiyini bildirib.

İddiaçı qeyd edir ki, Kombs bir müddət sonra ünsiyyəti yeniləməyi təklif edərək onu hədiyyəməyə başlatyıb. Xüsusən də o, məhkəməyə reperin Sevgililər Günü üçün göndərdiyi bir kart təqdim edib. Karyerası ilə bağlı verdiyi kömək vədlərinə inanmağa qərar verən Lampros yeni görüşə razılaşıb. Bu görüş zamanı reper onu moda "qara siyahılarına" daxil edilməklə şantaj edib, əlaqə qurmağa məcbur edib. Daha sonra üçüncü görüş baş tutub. İddiaçı əlavə edib, bu görüş zamanı Kombs ona narkotik verib və onu qarşısında başqa bir şəxslə cinsi əlaqədə olmağa məcbur edib.

Bu yaxınlarda internetdə reperin keçmiş sevgilisi Kessini vəhşicəsinə döydüyü 2016-cı ilə aid bir video peyda olub. Sonra müğənni musiqiçini məişət zorakılığında günahlandırıb. Kombs isə ittihamları rədd edib. İndi başqa insanlar Kombsa qarşı sui-istifadə və insan alveri iddiaları qaldırdıqlarına görə, reper ictimaiyyətdən üzr istəyib və özündən iyrəndiyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->