Xəbər lenti

Məşhur şirkət Mərkəzi Bankı məhkəməyə verdi
Ekonomiks13:35 18.11.2021

Məşhur şirkət Mərkəzi Bankı məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankı məhkəməyə verilib. 
Qaynarinfo xəbər verir ki, iddiaçı "Foodini” MMC-dir. İşə Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılır. "FOODINI” MMC-nin tələbi maddi ziyanın ödənilməsi ilə bağlıdı. 
"FOODINI” MMC 3 dekabr 2014-cü ildə 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Bilalov Elçin Parapel oğludur. 
2017-ci ildə ona qarşı 700 min manatlıq dələduzluq olub. Elçin Bilalov bu barədə Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edib.
O qeyd edib ki, Bibiheybət qəsəbəsində yerləşən və ona məxsus "Foodini" MMC-də operator işləyən Xaçmaz rayon sakini 1987-ci il təvəllüdlü Şabanov Nəriman 700 000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib.
"FOODINI” MMC ölkəyə kərə yağı idxal edən şirkət kimi tanınır.  
Seyid