Xəbər lenti

Məşhur tənqidçidən Puqaçova haqda sərt sözlər: “Güclə nəfəs alır...”
Sənət06:19 30.12.2019

Məşhur tənqidçidən Puqaçova haqda sərt sözlər: “Güclə nəfəs alır...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış musiqi tənqidçisi Sergey Sosedov xalqın sevimli sənətkarları haqda çox sərt sözlər deyib. Onun fikrincə, Alla Puqaçova, Sofiya Rotaru və Nikolay Noskov artıq konsert verməməlidirlər. Tənqidçi hesab edir ki, onlar parlaq kambek yerinə yalnız acınacaqlı mənzərə nümayiş etdirirlər.
Qaynarinfo xəbər verir ki, bu haqda fikirləri Sosedov NTV kanalında dilə gətirib. Bu cür nüfuzlu sənətkarların səs-küylü çıxışlarını şərh edən tənqidçi, ümumiyyətlə, bu konsertlərin onu çox pərişan etdiyini bildirib.
Alla Puqaçovanın, Sofiya Rotarunun, Nikolay Noskovun konsertlərindən sonra tənqidçinin onlara yazığı gəlib:
"Bu insanların zəifliyini görürük. Bağışlayın, Puqaçova, səhnədə dayananda çətinliklə nəfəs alır. Buna baxmaq mümkün deyil. Efirləri, treylerləri, kanallara müsahibələri görürəm – onun taqəti çəkilib. Bu halsızlıqla o necə konsert verə bilər?" – Sosedov deyib.
Xatırladaq ki, əri Maksim Qalkinin bildirdiyinə görə, Alla Puqaçova 29 dekabr bazar günü Moskva Sovremennik Teatrının bədii rəhbəri Qalina Volçekin vida mərasiminə təzyiqinin yüksəsk olması üzündən qatıla bilməmişdi.
Alpər