"Çərpələng Uçuran”, "Min möhtəşəm günəş”, "Və dağlardan səda gəldi” və "Dəniz duası” kimi məşhur romanların müəllifi Xalid Hüseyninin oğlu cinsiyyətini dəyişib.
Qaynarifno xəbər verir ki, bu barədə əfqanıstanlı yazıçı sosial mediada yazıb.
Xalid Hüseyn artıq iki qızının olduğunu bildirib: "Mən bir ata kimi onunla qürur duyuram. İndi bir yox, iki gözəl qızım olduğu üçün şadam. Ən çox da Harisin qorxmazlığından, özünün əsl şəxsiyyətini dünya ilə bölüşmək cəsarətindən ilham alıram. Mən qızımı sevirəm. Ailəmiz kimi mən də onun hər addımında yanında olacağam”.