
Məşhur müğənnilər yerli vaxtla saat 20.00-də konsert proqramı ilə çıxış edəcək.
Taksim aksiyalarına dəstək verən Türkiyənin bir çox tanınmış müğənniləri etirazçılar üçün konsert verəcək. Məlumata görə, məşhurlar bu axşam yerli vaxtla saat 19.00-da Taksim meydanı İstiqlal prospektindəki “Qalatasaray” litseyinin qarşısında toplanacaq. Daha sonra meydana doğru yürüş edəcək müğənnilər yerli vaxtla saat 20.00-də konsert proqramı ilə çıxış edəcəklər.
Məlumata görə, konsertdə Sezen Aksu, Zülfü Livaneli, Yavuz Bingöl, Kubat, Erkan Oğur, Can Bonomo, Demir Demirkan, Sertab Erener, “Yorum” qrupu, “Mor ve Ötesi” qrupu iştirak edəcək.
Qeyd edək ki, məşhurların Taksimdə silsilə konsertləri müxtəlif günlərdə davam edəcək.
Qaynar.info