Xəbər lenti

Məsimov Sloveniyada debütünü "Neftçi"yə tanış komandaya qarşı keçirdi - VİDEO
İdman05:50 07.03.2016

Məsimov Sloveniyada debütünü "Neftçi"yə tanış komandaya qarşı keçirdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samir Məsimov Sloveniyanın "Domjale" klubunda rəsmi debütünü gerçəkləşdirib.

Qaynar.info xəbər verir ki, gənc futbolçumuz Sloveniya çempionatının XXIV turu çərçivəsində "Qoritsa" ilə matçda meydana çıxıb.

Bu matç III və IV pillədə gedən komandaların oyunu olduğundan, hər 2 komandaya qələbə hava və su kimi lazım idi. Bu matçın 34-cü dəqiqəsində "Bakı"nın sabiq futbolçuları - zədələnən Lukas Mario Xorvatı Juninyo (Şavyer Junior) əvəzləyib. Onların komanda yoldaşı Samir isə meydana 68-ci dəqiqədə çıxıb. O, Bosniya və Herseqovina doğumlu hücumçu Slobodan Vuku əvəzləyib. 

Oyuna gəlincə, görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "Domjale" 39 xalla III pillədəki yerini qoruyub saxlayıb.

Qeyd edək ki, Samir Məsimov "Domjale"yə "Neftçi"dən keçib. Onun Sloveniyada rəsmi oyununu keçirdiyi "Qoritsa" isə "Neftçi"yə tanış komandadır. 2000 və 2001-ci illərdə ardıcıl olaraq UEFA Kubokunun təsnifat mərhələsində bu 2 komanda üz-üzə gəlib. Hər 2 halda mərhələni sloveniyalılar keçib.

Qaynar.info