Xəbər lenti

Messi ABŞ-da oynamaq istəyir
İdman09:29 03.01.2022

Messi ABŞ-da oynamaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin superulduzu Lionel Messinin ABŞ-da MLS-də Liqasında oynamaq istədiyi bildirilib.
Qaynarinfo xəbər verir ki, Messi bu haqda özü mətbuata açıqlamasında deyib. ABŞ-da oynamaq təcrübəsini yaşamaq istədiyini ifadə edən hücumçu bunları deyib:
"Orada oynamaq və ya yaşamaq necə bir hissdir, bilmirəm. Karyeramın sonrakı mərhələlərində buna nail olmaq istəyirəm, amma arzumun həyata keçib-keçməyəcəyini bilmirəm".
İspaniya mətbuatı futbolçunun 2025-ci ildə Devid Bekhemin rəhbəri olduğu "İnter Mayami" ilə müqavilə imzalayacağını yazıb.
Messinin Fransa klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. O, mövsümün əvəlində doğma klubu "Barselona"dan ayrılaraq PSJ-yə yollanıb. Argentinalı hücumçu Fransa klubunun formasında 16 rəsmi oyuna çıxıb, 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. Ötən gün Paris klubu Messinin koronavirusa yoluxduğunu açıqlayıb.
Səbuhi Həsənov