Fransanın PSJ klubunun və Argentina millisinin hücumçusu Lionel Messi mayın 1-də Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın nümayəndələri ilə mümkün transferlə bağlı yeni görüş keçirəcək.
Qaynarinfo xəbət verir ki, bu barədə jurnalist Rudi Qaletti öz "Twitter" səhifəsində məlumat yayıb.
Aprelin əvvəlində "Əl-Hilal"ın Messiyə illik 400 milyon avro maaş təklif etdiyi və argentinalının futbol tarixinin ən çox maaş alan futbolçusu olacağı xəbəri yayılmışdı. Məlumata görə, Parisdə tərəflər arasında danışıqların yeni raundu keçiriləcək.
Daha əvvəl mətbuatda Messinin klubun təklif etdiyi maaşın 75% azaldılması ilə razılaşmaq niyyətində olmadığı üçün mövsümün sonunda PSJ-dən ayrılacağı barədə məlumatlar yayılmışdı. 35 yaşlı argentinalıya iddialılar arasında onun keçmiş klubu "Barselona" da var.
Aydın