
Dünya futbolunun məşhur əfsanəsi Romario "Barselona"nın argentinalı ulduzu Lionel Messi ilə bağlı şok iddia ortaya atıb.
Qaynar.info xəbər verir ki, Romario Messidə asperger sindromu olduğunu deyib.
Romario bununla bağlı fikirlərini Twitter hesabında paylaşıb: "İspan mətbuatında Messinin mental xəstəliyinin olub olmadığı müzakirə olunur. Atasından öyrəndiyimə görə,Messidə mental narahatlıq yoxdur. Amma onda İsaak Nyuton və Albert Eynşteyn kimi elm adamlarında rast gəlinən asperger sindromu var. Bu sindroma yoluxan insanlar digərlərinə görə, hadisələrə daha yaxşı yanaşır və daha tez adaptasiya olunurlar".
Qaynar.info