
Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Ayaks”la görüşdə dubl edən “Barselona”nın futbolçusu Lionel Messi “Real”ın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb.
Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının forvardı Kataloniya klubunun 0:2 hesabı ilə qələbə qazandığı matçın əvvəlcə 36-cı dəqiqəsində meydan sahiblərini cəzalandıraraq, “Kral klubu”nun futbolçusu Kriştianu Ronaldoya 70 qolla şərik olub.