Xəbər lenti

Messi təhlükəsizliyə görə baldızının nikah mərasiminə qatıla bilmədi
Maqazin05:46 26.12.2023

Messi təhlükəsizliyə görə baldızının nikah mərasiminə qatıla bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi həyat yoldaşı Antonella Rokuzzonun bacısı Karla Rokuzzonun nikah mərasimini buraxmaq məcburiyyətində qalıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Marca” yazıb.
Mərasim Argentinanın Rosario şəhərində baş tutub və gizli saxlanılıb. Lakin insanlar şəhər kilsəsində mühafizəçilərin sayının artdığını görüb hasarların yanına toplaşmağa başlayıblar. Mərasimə məşhur futbolçunun gələ biləcəyi məlum olanda insanların sayı daha da artıb. 
Messi təhlükəsizlik səbəbi ilə mərasimə qatılmayıb, daha sonra təşkil edilən şənlikdə iştirak edib.
Aydın