
Avropa çempionluğunu qeyd edən Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu anası və oğlu ilə birlikdə İspaniyanın İbisa adasında tətilə çıxıb.
Qaynarinfo.az xəbər verir ki, portuqaliyalı ulduzla bərabər argentinalı futbolçu Lionel Messi də eyni istirahət məkanını bölüşüb. Rəqibi Ronaldudan fərqli olaraq Messi istirahətə sevgilisi Antonella Rakutso ilə birlikdə gəlib.
Qeyd edək ki, Amerika Kubokunun finalının penaltilər seriyasında Çiliyə 2:4 hesabı ilə məğlub olan Argentina millisinin lideri Lionel Messi stresini İbisa sahillərində atmağa qərar verib.