Xəbər lenti

Messinin klubu Ronaldonun komandası ilə oynayacaq - Matçın tarixi və yeri
İdman08:45 12.12.2023

Messinin klubu Ronaldonun komandası ilə oynayacaq - Matçın tarixi və yeri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın "İnter Mayami” klubu Səudiyyə Ərəbistanında mövsümöncəsi təlim-məşq toplanışı zamanı bir neçə matç keçirəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Florida klubu açıqlamasında komandanın Neymarın çıxış etdiyi "Əl-Hilal" və Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klublarına qarşı oynayacağını bildirib. 
"İnter Mayami” – "Əl-Hilal” matçı yanvarın 29-da Ər-Riyadda, "Kinq Arena” stadionunda keçiriləcək. Fevralın 1-də isə ABŞ komandası həmin stadionda "Əl-Nəsr”lə qarşılaşacaq.
Xatırladaq ki, Messi ABŞ klubuna 2023-cü ilin yayında, Ronaldo isə Səudiyyə Ərəbistanı komandasına bu ilin yanvarında keçib.
Nizami Bağırov