Xəbər lenti

Mətanət İsgəndərli: "Üstümə iki dəfə təcili yardım gəldi"
Maqazin11:05 21.03.2018

Mətanət İsgəndərli: "Üstümə iki dəfə təcili yardım gəldi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Mətanət İsgəndərlinin səhhətində problem yaranıb. 
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "5/5" verilişində deyib. 
O bildirib ki, bir neçə gün əvvəl onun üçün bir neçə dəfə təcili yardım çağrılıb:
"Son vaxtlar təzyiqdən əziyyət çəkirəm. Bu yaxınlarda təzyiqim 200-ə qalxdı. İki dəfə təcili yardım gəldi. Həkimə dedim ki, heç vaxt belə olmamışam. Əsəbdən yarandı. Sakitəm, amma içimdə çəkirəm. Qəfildən əsəbi göstərirəm. Əsəbiləşən kimi oturub yeyirəm".