Xəbər lenti

Metroda gediş haqqı bahalaşacaq? - Bakı Metropoliteni
Ekonomiks06:58 09.05.2020

Metroda gediş haqqı bahalaşacaq? - Bakı Metropoliteni

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Metroda gediş haqqının artırılması aktual deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hazırda sərnişinlərin metrodan az istifadə etməsi daha məqsədəuyğundur: 
"Biz hazırda sərnişinlərə müraciət edirik ki, imkan daxilində metrodan az istifadə edin. Belə çıxır, biz sərnişinlərə qiymət artırmaq üçün müraciət edirik? Xeyr, bizim müraciətimizin əsas səbəbi sosial məsafəni saxlamaqla bağlıdır. Belə bir məsələ gündəmdə deyil”.
Bəxtiyar Məmmədov bildirib ki, metro haqqında hər hansı fikir bildirməzdən əvvəl onun infrastrukturunu bilmək lazımdır.
Bahar Rüstəmli