Xəbər lenti

Metroda problem yarandı - Sərnişinlər qatardan düşürüldü
Ölkə04:56 09.08.2023

Metroda problem yarandı - Sərnişinlər qatardan düşürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb.
Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.
Həmin qatarın əvəzinə xəttə qatar verilib.