Xəbər lenti

Metrodan istifadə edənlərin nəzərinə: Bu gün iş rejimi dəyişir
İdman07:53 03.11.2016

Metrodan istifadə edənlərin nəzərinə: Bu gün iş rejimi dəyişir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandasını qəbul edəcək.
Qaynarinfo.Az xəbər verir ki, matç saat 22.00-da start götürəcək.
"Qəbələ" İdman Klubu qarşılaşmanın gec başa çatacağını nəzərə alaraq, Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01.00-dək uzadılması xahişi ilə müraciət edib.
Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. "Qəbələ" klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edir.
Qaynarinfo.Az